Arvadını xüsusi amansızlıqla öldürən 27 yaşlı şəxsə cəza kəsildi

Arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub. 27 yaşlı şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Arvadını xüsusi amansızlıqla öldürən 27 yaşlı şəxsə cəza kəsildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Sadiq Muxtarova hökm oxunub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 10-da saat 12 radələrində baş verib. Abşeron rayonunun Masazır qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (ling) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra S.Muxtarov mətbəx bıçağı ilə özünə də xəsarətlər yetirib. Yaralı xəsarətlə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə qısqanclıq zəminində baş verib.

S.Muxtarov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.




[email protected]