Fernando Alonso, Barselonadakı testlərdə yaşadığı çətinlikləri dilə gətirib.
"İctimaifikir.az" Musavat.com-a istinadən xəbər verir ki, testlərin ardından Honda mühərrikinin həm dayanıqsız, həm də zəif qaldığını söyləyən Alonso, müsahibəsi zamanı özü haqda da danışıb:
"Ən yaxşı səviyyəmdəyəm. Hazırda pistdəki ən yaxşı pilot olduğumu hiss edirəm. Sadəcə digərlərində olduğu kimi sürətli olan bir mühərrikə ehtiyacım var. Ancaq şassi yaxşı görünür. Dəyişiklikləri yaxşı cavab verir, döngə içərisindəki vəziyyətindən razıyam".
Bütün tənqidlərinə baxmayaraq Alonso, F1-dən ayrılmağı planlamadığını da deyib: "Bu il rəqabətli olacağımızdan əminəm. İlin hansı dövründə olacaq bilmirəm, ancaq rəqabətli olacağıq. Yarışları qazanmaq istəyirəm. Komanda Avstraliyaya yaxşı bir səviyyədə mübarizə aparmağa hazır olacaq. Tək sual işarəsi nə qədər mühərrik gücünə sahib olacağımızla bağlıdır. Haqq etdiyim nəticələri almadan yarışmağı buraxmayacağam."