Çərşənbə günü 79 tur tamamlayan "Mercedes" komandasından Levis Hamilton, mövcud durumlarından məmnun olduğunu deyib.
"İctimaifikir.az" Musavat.com-a istinadən xəbər verir ki, ingilis pilot, yumşaq şinlər ilə dayanmadan 20 dövrə vurub.
Hamilton turdan sonra bunları deyib: "Olduqca yaxşı bir gün keçirdik, problem yaşamadıq. Ümumi olaraq hələ edəcək çox işimiz var, komanda üçün faydalı bir gün idi. F1 hər zaman əyləncəlidir. Fanatlarımı pankartlarla tribunalarda görmək çox gözəl idi"