Qvatemalada yanğın nəticəsində ölən yeniyetmələrin sayı 32-yə çatıb.
"İctimaifikir.az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb olduğu ehtimal edilir.
Qeyd edək ki, martın 8-də Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində yanğın baş verib.
Faciə zamanı həyatını itirən və xəsarət alanların hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir.