24 yaşında həbsxanda ana oldu- oğurluğa görə tutulub

Oğurluqda təqsirləndirilən qadın qohumların məhkəməsi olub.

24 yaşında həbsxanda ana oldu- oğurluğa görə tutulub

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qızıl oğurlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

1993-cü il təvəllüdlü Bəkirova Xalidə Namiq qızı və 1993-cü il təvəllüdle Bəkirova Gülşən Əziz qızının cinayət işi üzrə məhkəmə prosesinə hakim Azər Orucov sədrlik edib.

Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Proses zamanı məlum olub ki, Xalidə Bəkirova bir neçə gün əvvəl həbsxanada övlad dünyaya gətirib. Onun övladı da məhkəmə prosesinə Ədliyyə Nazirliyinin əməkdaşlarının nəzarəti ilə gətirilib. X.Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

Qeyd edək ki, hər iki qadın ötən il Bakıda yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinənərk həbs ediliblər. Onların qohum olduğu məlum olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunurlar.




[email protected]