DİM: İmtahana telefonla daxil olan 3 şagirdin nəticələri ləğv olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanından əvvəl,  iştirak edəcək şagirdlərə imtahan binasına qadağan olunmuş vasitələr gətirməməklə bağlı xəbərdarlıq etsə də, bəzi şagirdlər  qaydaları pozub.

 DİM: İmtahana telefonla daxil olan 3 şagirdin nəticələri ləğv olunub.

DİM-dən   verilən məlumata görə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ötən həftə keçirilən buraxılış imtahanında 3 nəfər telefonla imtahan binasına daxil olub. 

DİM-dən bildirilib ki, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub: "Bir daha xatırladırıq ki, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz".

 

Qeyd edək ki, imtahanda iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı "Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı bir sıra  məlumatlar çatdırılır.




[email protected]