Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Musavat.com xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Piyada keçidinin olmadığı yerdə Mercedes markalı avtomobil 20-22 yaşlı kişini vurub. Zərbənin gücündən piyada başqa bir "Mercedes"ə də çırpılıb. O, hadisə yerində dünyasını dəyişib.
Nobel prospektinə avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşib. Musavat.com-un Xətai Rayon Polis İdarəsindən aldığı məlumata görə, bu, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində kirayədə yaşayırmış. O, martın 8-i saat 21 radələrində işdən çıxıb, evə gedərkən yol qəzası baş verib.