Antonio Konte mövsümün sonunda "Çelsi”ni tərk etməyəcək.
Qol.az-ın "Sky Sports”a istinadən yaydığı xəbərə görə, London klubunun rəhbərliyi tezliklə italiyalı mütəxəssislə yeni müqavilə imzalayacaq.
Bununla da Kontenin yeni mövsümdən "İnter”də çalışmaq ehtimalı aradan qalxıb.
Bir müddət əvvəl Konte İtaliyada qalan ailə üzvləri üçün darıxdığını açıqlamışdı. Lakin artıq bu problem də aradan qalxıb.
Kontenin "Çelsi” ilə yeni müqaviləni martın 13-nə - İngiltərə Kubokunda "Mançester Yunayted”ə qarşı keçiriləcək matça qədər imzalayacağı gözlənilir.