İraqda toyda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb

İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində baş verən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb, 26 nəfər yaralanıb.


 "İctimaifikir.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin öldüyü bildirilirdi.

Hadisə Tikrit şəhərindən 20 km şimalda yerləşən Həccac kəndində baş verib. Partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


[email protected]