Mərkəzi Bankın İdarə Heyətinə 3 yeni üzv seçildi

Milli Məclisin plenar iclası davam edir. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi haqqında layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Komitə sədri dedi ki, bu namizədlər haqqında rəhbərlik etdiyi komitədə geniş fikir mübadiləsi aparılıb: "Adları çəkilən insanlar 20 ildən artıqdır Mərkəzi Bankda işləyirlər, çox dəyərli iqtisadçılardır, bank sisteminin inkişafında mühüm xidmətləri var. Ona görə də təklif edirəm ki, onların namizədliyini təsdiq edək”.

İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun təklifi ilə ayrı-ayrılıqda səsvermə oldu və namizədlər Mərkəzi Bankın idarə heyətinə seçildilər.




[email protected]