Bu gün Milli Məclisin üzvü, qəzetimizin dostu və jurnalist həmkarımız Qənirə Paşayevanın doğum günüdür.
Az qala 20 ildir ki, Qənirə Paşayevanın fəaliyyəti gözümüzün önündədir. Ölkənin qanunvericilik orqanında təmsil olunmazdan öncə o, jurnalistika sahəsində parlaq simalardan biriydi, reportajları, tolk-şou moderatorluğu ilə hər bir yetkin insana tanış idi.
Millət vəkili olduqdan sonra da Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyəti zəifləmədi, eyni tempdə davam etdi, hələ bir az da üstünə qoydu. Bu dəfə onun fəaliyyətinə darda olan, yardıma möhtac qalan insanlara əl uzatmaq kimi bir missiya düşdü və uzun illərdir ki, Qənirə Paşayeva xeyriyyəçilik missiyasını çiynində daşıyır.
Keçmiş həmkarımızın Qarabağ porblemi ilə bağlı yorulmadan, usanmadan gördüyü işlər də göz önündədir və təqdir olunur. Onun qardaş Türkiyəni vilayət-vilayət, rayon-rayon, qəsəbə-qəsəbə dolaşaraq, Azərbaycanla bağlı dərnəklərin yaradılmasını, parklar salınmasını və küçə adları verilməsini təşkil etməsi də hər kəsə bəllidir.
Q.Paşayeva müsafir olduğu bütün ölkələrdə, eləcə də ölkəmizdə qonaq olan əcnəbilərlə Qarabağdan, Xocalı faciəsindən, Azərbaycan həqiqətlərindən danışmağı özünün peşə və vətən qarşısında borcu sayır.
"İctimaifikir.az" saytının kollektivi bu hiperaktiv xanımı, ictimai xadimi, xeyriyyəçi vətəndaşı, əsil millət vəkilini doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlıqlı, bərəkətli ömür arzulayır.