Tailandda təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Tailandın paytaxtı Banqkok şəhəri yaxınlığında Hindistana məxsusi sanitar-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Tailandda təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alanlar var


"İctimaifikir.az" APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin pilotu ölüb, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin məlumata əsasən, göyərtəsində 5 nəfərin olduğu təyyarə naməlum səbəbdən havada olarkən alışıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.


[email protected]