Trampdan müsəlman ölkələrinə yeni zərbə — bu dəfə daha da SƏRT

ABŞ-ın 45-ci prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.

Trampdan müsəlman ölkələrinə yeni zərbə — bu dəfə daha da SƏRT
"İctimaifikir.az" "Ölkə.Az”-a istinadən xəbər verir ki, yeni fərmana görə, fərman əsasında yenidən İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub.

Fərmanda bildirilir ki, əvvəlcədən viza alan şəxslərin istisna təşkil edəcəyi bildirilir. Fərmanın dərhal və qeyri-şərtsiz ica olunması ilə bağlı Tramp daha sərt tapşırıq verib. Tapşırığa əsasən yeni fərman barədə heç bir müzakirə aparılmamalıdır.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın yanvarın 27-də imzaladığı fərmana görə, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində ABŞ-a buraxılmamalıdırlar. Trampın bu tipli addımları isə dünyada birmənalı qarşılanmır. Siyasətçilər hesab edirlər ki, belə qəzaralar Trampın ABŞ-ı müdafiə sistemində saxlaması ilə əlaqədardır. Bu fərmandan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. Bundan sonra ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.




[email protected]