Azərbaycanlı avtoritet Rusiyada həbs edildi

Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. "ictimaifikir.az" Lent.az-a istinadən məlumatına görə, kriminal aləmdə "Taleh Maştağinski” kimi tanınan Dağlıyev  narkotik maddə saxlamaqda ittiham edilib.


 Dağlıyev ötən ilin sentyabrında Moskvadakı "Naş dvor” restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı "Taleh Maştağinski”nin üzərindən narkotik  maddə tapılmışdı.

 Taleh Dağlıyev  Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən "sxodka”da "oğru”  adənı alıb. Ona bu titul "Lotu Quli”  tərəfindən verilib.




[email protected]