Bu ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri arasında "Ən yaxşı heyət” adı uğrunda yarış təşkil edilib. Yarışlara "S-125”, OSA, "İqla-S” zenit raket komplekslərinin və 23 mm-lik zenit qurğularının heyətləri cəlb olunub.
Yarış zamanı şəxsi heyətin döyüş texnikalarının səfər və döyüş vəziyyətinə gətirilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə bilikləri və praktiki vərdişləri yoxlanılıb.