Aviaşirkətin qadınlardan ibarət heyəti dünya səyahəti edib

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar "Air India” aviaşirkətinin qadınlardan ibarət heyəti dünya səyahəti edib.

Aviaşirkətin qadınlardan ibarət heyəti dünya səyahəti edib

"ictimaifikir.az" AZƏRTAC-a istinadla xəbər verir ki, "Air India” aviaşirkətinin "Boeing 777” təyyarəsi Sakit okean üzərində Dehlidən San-Fransiskoya uçub və Atlantik okeanı üzərindən geriyə qayıdıb.

Təyyarənin bütün heyəti, həmçinin pilotlar da qadınlar olub.

Həmçinin təyyarənin texniki əməkdaşlarını, yerüstü və hava hərəkəti dispetçerlərini – o cümlədən təhlükəsizlik auditorlarını, mühəndisləri qadınlar təşkil edib.

Uçuş uğurla başa çatdırılıb.




[email protected]