Trampın yeni tviti xüsusi xidmət orqanlarını pis vəziyyətə qoydu

Onun telefon danışıqlarını dinləmək üçün Barak Obamanın göstəriş verməsi haqqında Trampın bəyanatı xüsusi xidmət orqanlarını pis vəziyyətə qoyub. Bu barədə Fox News öz mənbələrinə istinadla xəbər yayıb.
Trampın yeni tviti xüsusi xidmət orqanlarını pis vəziyyətə qoydu
 

Qeyd edək ki, şənbə günü Tramp özünün Twitter mikrobloqunda yazmışdı ki, sabiq prezident Barak Obama seçkilrə bir ay qalmış onun telefonlarını dinlətdirib. Respublikaçı prezident baş verənləri 1972-ci ildə ABŞ prezidenti Riçord Niksonun istefaya getməsi ilə nəticələnmiş Voterqeyst qalmaqalı ilə eyniləşdirib.
 

Fox News-un məlumatına görə, xüsusi xidmət orqanlarının yüksək çinli məmurları dinləmələr barədə deyərkən Trampın nəyi nəzərdə tutduğunu anlamadıqlarını bildiriblər.
 

Telekanalın mənbəsi həmçinin bəyane edib ki, belə bir ittihamı nəşr etməzdən əvvəl Tramp heç kimlə məsləhətləşməyib./FaktXəbər



[email protected]