38 bıçaq zərbəsi vurulan Bakı sakini sağ qaldı

Bakıda 50 yaşlı kişiyə 38 bıçaq zərbəsi vurulub.

38 bıçaq zərbəsi vurulan Bakı sakini sağ qaldı

"İctimaifikir.az"  report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. 
Belə ki, Zabrat qəsəbəsi, Yeni Məhəllə, M.Rəsulzadə küçəsi 5 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Əliyev Nəbi Ağacan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xəsarət alan N.Əliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra ona 38 bıçaq zərbəsi vurulduğu məlum olub. N.Əliyevin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.




[email protected]