İŞID Mosulda kimyəvi silahdan istifadə edir - Qırmızı Xaç Cəmiyyəti həyəcan təbili çalır

Mosulda gedən döyüşlərdə kimyəvi silahdan istifadə edilib.


"İctimaifikir.az" Musavat.com  saytına istinadən xəbər verir ki, Qırmızı Xaç Cəmiyyətinin rəsmisi bəyan edib ki, Mosula qəflətən edilən hücum nəticəsində yaralanan 12 nəfərdə aparılan müayinə nəticəsində həkimlər kimyəvi silah izləri aşkar ediblər.

Təşkilatın Yaxın Şərq üzrə direktoru Robert Mardini "kliniki simptomlar onun göstərir ki, ağır kimyəvi silahdan istifadə edilib" deyib. Yaralanlardan beşi uşaq, üçü qadın, dördü kişidir.

"Kimyəvi silahdan istifadə beynəlxaq hüquqa görə qəti olaraq qadağan edilib. Biz hansı tərəf olursa-olsun, kimyəvi silahdan istifadəni şiddətlə qınayırıq", - Mardini bildirib.

Fövqəladə hallar hospitalının baş həkimi Lavan Mivan CNN-ə bildirib ki, yaralılarda müşahidə edilən simptomlar kimyəvi silahdan istifadə edildiyini açıqca göstərir.

İraq və ABŞ rəsmilərinin bildirdiyinə görə İŞID Mosulda gedən döyüşlər zamanı kimyəvi silahdan istifadə edir.




[email protected]