“Beşiktaş” liderliyini möhkəmləndirdi

Türkiyə Superliqasında 23-cü turun oyunları davam edir.

“Beşiktaş” liderliyini möhkəmləndirdi

"İCTİMAİFİKİR.AZ" Qol.az-a istinadən xəbər verir ki, çempionatın lideri "Beşiktaş” növbəti qələbəsini qazanıb. 
Öz meydanında "Rizespor”u qəbul edən "Qara qartal” 3 xalı tək qolla qazanıb.

"Beşiktaş” - "Rizespor” 1:0
Qol: Gönül, 41

Qeyd edək ki, 23 oyundan sonra 53 xalı olan "Beşiktaş” Superliqanın vahid lideridir. 1 oyun az keçirmiş "Başakşehir” 46 xalla ikinci, "Qalatasaray” 40 xalla üçüncü, "Fənərbaxça” isə 38 xalla dördüncü yeri tutur.




[email protected]