Göyçay rayonu, Alpout kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 180 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxinin və çardağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.