Zaqatalada çörək sexində yanğın olub

Zaqatalada çörək istehsalı sexində yanğın olub.


Zaqatalada çörək sexində yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən  verilən məlumata görə, bu gün saat 04:10 radələrində rayonun Yuxarı Tala kəndində fəaliyyət göstərən, kənd sakini Abdulla Şaban oğlu Rəcəbova məxsus, ümumi sahəsi 60 kv/m olan çörək istehsalı sexində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində çörək istehsalı sexinin tavanından 2 kv/m sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


[email protected]