Bakıda kafedə qanlı dava: ölən var

Paytaxtda qətl törədilib.

Bakıda kafedə qanlı dava: ölən var

"İctimaifikir.az" Lent.az-a istinadən xəbər verir ki, dünən Salyan yolu 40 ünvanında yerləşən "Məkan” kafesində Şamaxı rayon sakini, 1992-ci ildə anadan olmuş, Qurbanov Ceyhun Rüstəm oğlu ilə şəxsiyyəti hələlik məlum olmayan şəxs və ya şəxslər arasında dava düşüb. Bu zaman naməlum şəxslər tərəfindən bıçaqlanan 25 yaşlı Ceyhun Qurbanov təcili yardım stansiyasında ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.




[email protected]