Azərbaycanlı alim erməni yalanını ifşa etdi

Uzun illərdən bəri Misirdə təhsil alan azərbaycanlı gənc tədqiqatçı alim və Azərbaycanın MƏR-dəki diasporanın fəal üzvü Seymur Nəsirov AzVision.az-a açıqlamasında ermənilərin daha bir yalanını üzə çıxardığını bildirib.

Seymur Nəsirov Şərq aləminin cəngavəri, öz igidliyi və ədaləti ilə dünyanı heyrətləndirən, orta şərqi və şimalı Afrikanı işğaldan azad edən, Tunisdən Yəmənə qədər böyük bir ərazinin hökmdarı olan Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu, onun mənsub olduğu Əyyubilər nəslinin isə Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən orta şərqə köçdükləri ilə bağlı məlumatları meydana çıxarıb.

Şöhrəti, qəhrəmanlığı və igidliyi ilə dünyada ədalət simvoluna çevrilmiş Səlahəddin Əyyubinin əslən azərbaycanlı olması həqiqətən də qürurvericidir.

Tədqiqatçı dəfələrlə Misirin öndə gedən universitetlərində konfranslarda bu mövzuda çıxışlar edib. Qahirə universitetinin Ədəbiyyat fakültəsində "Azərbaycanı tanı” adlı simpoziumda, erməni kimliyini gizlədərək özlərini suriyalı kürdlər kimi təqdim edən iştirakçılarla elmi mübahisə aparıb, onları dəlil və sübutlarla susdurub.




[email protected]