Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və silahlı qüvvələrin baş qərargah rəisi Movses Akopyanın ardınca işğalçı ölkənin fövqəladə hallar naziri də qanunsuz olaraq Qarabağa gəlib.
"İctimaifikir.az" xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejim məlumat yayıb. Xəbərdə deyilir ki, nazir David Tonoyanı nazirliyin xilasetmə xidmətinin direktoru Muşeq Kazaryan müşayiət edib. Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşdə qondarma "DQR”-in "fövqəladə hallar naziri” Komitas Karapetyan da iştirak edib. Erməni mənbələri görüşdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirir. Ermənistan rəhbərliyinin bir-birinin ardınca işğal zonasına səfərləri suallar doğurur.