17 yaşlı ata qatilinin məhkəməsi başlanıb

Atasını öldürməkdə təqdirləndirilən şəxs hakim qarşısına çıxarılıb. 1999-cu il təvəllüdlü Kənan Qasımov hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.

K.Qasımovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə baş tutub. Hazırlıq iclasında K.Qasımovun anket məlumatları dəqiqləşdirilib.  ilidirlibki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olduğundan qanuni nümayəndə ilə məhkəmə iştirak edə bilər.

Qasımovun qanuni nümayəndəsi prosesdə iştirak etmədiyindən hazırlıq iclası martın 7-dək təxirə salınıb.

Qətl hadisəsi 2016-cı ilin oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib. Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub. K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Məlumata görə, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Valideynləri K.Qasımovu evləndirmək istəsə də o, buna etiraz edib. Evlənmək məsələsinə görə atası ilə mübahisə edən Qasımov mətbəxdən bıçaq götürərək atasına zərbə endirib. Ürəyindən bıçaq zərbəsi alan Qulu Qadımov hadisə yerində keçinib.

K.Qadımov barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.




[email protected]