Rusiya şərqdə genişmiqyaslı hərbi təlimlərə başladı

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Şərq Hərbi Dairəsinin 5 poliqonunda genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Rusiya şərqdə genişmiqyaslı hərbi təlimlərə başladı

Bu barədə informasiyanı Şərq Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb. Təlimlər əsasən Buryatiya, Saxalin, Amur və Primorya vilayətlərində aparılır. Təlimə S-300, Osa, Strela-10, Tor-M2U zenit raket kompleksləri cəlb edilib.

Təlimdə Pantsir-S sistemləri və Şılka özüyeriyən zenit qurğudan da istifadə olunacaq. Şərq Hərbi Dairəsindəki təlimə ümumilikdə 8 min hərbçi və 1000-dən çox texnika cəlb ediləcək.




[email protected]