SON XƏBƏRLƏR
AB səfirindən Qarabağdakı gərginliyə münasibət

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.

Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən qarşıdurmalara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo davamlı deyil.

Səfir bildirib ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberbu yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir və səfəri zamanı münaqişənin nizamlanması məsələsi müzakirə olunacaq




[email protected]