İraqın Sincar vilayətində PKK terror təşkilatının üzvləri ilə Kürd Muxtariyyətinin silahlı birləşmələri olan Peşmərgə arasında silahlı qarşıdurma baş verib.
Bu haqda məlumatı "Reuters” xəbər agentliyi yayıb.
Məlumata görə İraqın Sincar (Şengal) vilayətindəki Peşmərgə qüvvələri ilə PKK-nın bölgədəki qruplaşması olan Şengal Müqavimət Birlikləri (YBS) arasında toqquşma baş verib.
Silahlı qarşıdurma zamanı 1 YBS üzvü məhv edilib, 3 YBS üzvü ilə dörd peşmərgə əsgəri isə yaralanıb.