AXCP üzvünün həbs müddəti azaldıldı

Bu gün Ali Məhkəmədə həbsdə olan AXCP üzvü Asif Yusifli barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

AXCP üzvünün həbs müddəti azaldıldı

"İctimaifikir”in verdiyi xəbərə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə A.Yusiflinin məhkum edildiyi 6 il azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib.

Xatırladaq ki, Asif Yusifli 25 noyabr, 2014-cü ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilir.




[email protected]