Bakıda 400 minlik maşın qəza törətdi - Yaralılar var

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıda 400 minlik maşın qəza törətdi - Yaralılar var

"İctimaifikir” Lent.az-a istinadə xəbər verir ki, Xətai rayonu, Sabit Orucov küçəsində "Bentley" markalı avtomobillə "KİA" markalı 99 OC 616 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 51 və 26 yaşlı iki kişi ilə 26 və 23 yaşlı iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Bentley" markalı avtomobillərin yenisinin qiymətləri 400-450 min manatdan başlayır.




[email protected]