"Bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizimiqdarında faiz tutulur”
Nazirlikdən verilən məlumata görə, 2016-cı hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezidenthüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisininbəyannaməsini cari ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
"Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmışvergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizimiqdarında maliyyə sanksiyası tətbiq edilir. Eyni zamanda vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergiməbləğinin 0,1 faizi miqdarında faiz tutulur”, - deyə məlumatda vurğulanıb.
Nazirlik bəyan edib ki, 2016-cı ilin yekununa görə hüquqi şəxslər mənfəət və əmlak vergisi üzrə, fiziki şəxslər isə gəlirvergisi üzrə bəyannamələrini 31 mart 2017-ci il tarixindən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmışvergiləri həmin müddətədək dövlət büdcəsinə ödəməlidirlər.