"Şəfa broyler"in satış meneceri məhkəmə zalından azadlığa buraxıldı

"Şəfa broyler"in həbsdə olan satış meneceri məhkəmə zalından azadlığa buraxılıb. O, dələduzluqda təqdirləndirilərək həbs edilmişdi.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çalışdığı şirkətin 11 min manatını mənimsəməkdə təqsirləndirilən Elməddin İbişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən Elməddin İbişov barəsində 6 il müddətə cəza verilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və 2 il sınaq müddəti seçilib. E.İbişov məhkəmə zalından azadlığa buraxılıb.

Bildirək ki, Elməddin İbişov "Şəfa broyler" şirkətinin satış meneceri olub. İbişov şirkətin 11 min manatını mənimsəməkdə təqsirləndirilərək həbs edilmişdi.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsurli bilinir.

"Şəfa broyler"in satış meneceri məhkəmə zalından azadlığa buraxıldı




[email protected]