Arda meydana çıxmağa hazırdı

Zədəli olduqları üçün "Atletiko” ilə görüşdə meydana çıxmayan Arda Turan və Xavyer Maskerano qarşıdakı görüşdə "Barselona”ya kömək etməyə hazırdılar.

Arda meydana çıxmağa hazırdı

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda Kataloniya klubunun baş məşqçisi Luis Enrike məlumat verib:

"Arda və Maskerano yaxşı çalışıblar. Ümid edirəm ki, "Sportinq”lə görüşdə onlar komandaya kömək edə biləcəklər. O ki qaldı rəqibə, bizi çətin görüş gözləyir. Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandaya asanlıqla qalib gəlmək çətindir. Hər oyun bizim üçün vacibdir”.




[email protected]