Tramp müsəlman ölkələrlə müttəfiqlikdən danışdı

ABŞ prezidenti Donald Tramp bu gün Konqresdə çıxışı zamanı İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edəcək. Bu barədə Ağ Evin Trampın çıxışından dərc etdiyi parçalarda deyilir.  

 Tramp müsəlman ölkələrlə müttəfiqlikdən danışdı

"Bu düşməni yer üzündən silmək üçün biz, müsəlman ölkələr arasındakı dost və müttəfiqlərimizlə  çalışacağıq”, - deyə mətndə deyilir.  

 

"Vədimə əməl edərək, Müdafiə Nazirliyinə İŞİD-in məhv edilməsi planı hazırlamağı tapşırmışam”, - deyə Tramp əlavə edib.  

 

Onun sözlərinə görə, "İŞİD – dinindən asılı olmayaraq  kişi, qadın və uşaqları qətlə yetirən vəhşilərdən ibarət qanunsuz qruplaşmadır”   




[email protected]