"Donald, yatmırsan?!" - "Oskar"dan ABŞ prezidentinə mesaj

ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş "Oskar" mükafatlarının təqdimat mərasiminin aparıcısı Cimmi Kimmel ölkə prezidenti Donald Trampa mesaj ünvanlayıb.

"Donald, yatmırsan?!" - "Oskar"dan ABŞ prezidentinə mesaj

Milli.Az ABC-yə istinadən bildirir ki, 49 yaşlı komik Tvitter-dəki mikrobloqunda yazıb: "Mərasim artıq iki saatdır ki, davam edir, amma Donald Tramp hələ bizim haqqımızda yazmayıb. Onun üçün narahatam. Ey, Donald Tramp, yatmırsan?!"

ABŞ prezidenti Donald Trampın mətbuat katibinin dediyinə görə, dövlət başçısının "Oskar" mərasiminə baxıb-baxmayacağını bilmir.

Liberal mövqeyi ilə məşhur olan Hollivud D.Trampı sözlərinə və əməllərinə görə sürəkli tənqid edir.




[email protected]