Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də "BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.
Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 01:36-da başa çatıb.
Faktla bağlı araşdırma aparılır.