Çexiyanın futbol komandasının oyunçusu rəqib komandanın qapıçısına vaxtında yardım göstərərək onun həyatını xilas edib.
Musavat.com xəbər verir ki, həmin anın videogörüntüləri "Trending Now" adlı "YouTube" kanalında yer alıb. Futbolçu huşunu itirən qapıçının dilini çıxartmağa çalışıb və beləcə onun həyatını xilas edib. Görüntülər böyük marağa səbəb olub.