Fransada dünyanın ən bahalı içkisi satılıb

Fransada rom evi olan "Clement" və zərgərlik evi "Filipp Turner"in iştirakı ilə dünyanın ən bahalı rom butulkası satılıb.

Fransada dünyanın ən bahalı içkisi satılıb

Musavat.com xəbər verir ki, bu barədə "Liberation" məlumat yayıb.

Məlumata görə, bu butulkadakı rom içkisi 1966-cı ilə məxsusdur. Dünyada cəmi 40 ədəd belə butulka var. Bu butulkalar əvvəllər heç vaxt satılmayıb. Romun qiyməti 100 min avrodur. Bildirilir ki, xrustal butulkada, 18 qram qızılla və dörd karat briliantla bəzədilmiş romu adını gizli saxlayan italiyalı alıb.




[email protected]