Türkiyənin Hacıtəpə Universitetinin tibb fakültəsinin müəllimi, alim Serkan Karaismayıloğlu sübut edib ki, qadınlar heç də kişilərdən çox danışmırmış.
Onun araşdırmasına görə, qadınlar gündə 16 min 215, kişilər isə 15 min 669 sözdən istifadə edir. Alim həmçinin söyləyib ki, beynin də cinsiyyəti var və bu, ana bətnində məruz qalınan testosteronla ölçülür: "Kişilərin az danışdığını düşünən varsa, futbol proqramlarını izləsin. Qadınlarda eşitmə və nitq mərkəzləri daha yaxşı inkişaf edib”.