Bəhreyndə polisə hücum edilib, 5 nəfər yaralanıb

Bəhreynin paytaxtı Manama şəhərində naməlum şəxslərin polisə etdiyi hücum nəticəsində 5 nəfər yaralanıb.
Bəhreyndə polisə hücum edilib, 5 nəfər yaralanıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində polis əməkdaşlarının olduğu avtobus ərazidən keçdiyi zaman partlayış baş verib.

Güclü partlayış nəticəsində 5 polis əməkdaşı yaralanıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Hadisə ilə əlaqədar araşdırma aparılır.


[email protected]