Xəbər verildiyi kim, Abdolbari Goozala "Şöhrət” ordeni təqdim edilib.
"Xəyal Adası" müasir yaşayış kompleksində "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozala "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da qatılıb.
Təqdimat mərasimindən öncə "Azərsun Holdinq" in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Abdolbari Goozala "Şöhrət" ordenini təqdim edib.