Pentaqon: İran davranışını dəyişmədi

Iran, Vaşinqtonun "rəsmi xəbərdarlığına” məhəl qoymayaraq, regiondakı davranışını dəyişməyib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargah  rəislərinin Birləşmiş Komitəsinin sədri general Cosef Danford Brukinqs İnstitutunda çıxışı zamanı bildirib.

Pentaqon: İran davranışını dəyişmədi 

 "Mən İranın hərəkətlərində heç-bir dəyişiklik görmədim. Mənim fikrimcə İran, ilk növbədə, bütün regionda zərərli təsirin yayıcısıdır”, - deyə general bildirib.   

 "Biz onların Suriyada, Livanda, İraqda və digər ölkələrdəki mənfi təsirini görürük. Son bir ayda mən heç bir dəyişiklik müşahidə etməmişəm”, - deyə o əlavə edib.    




[email protected]