Dünya üçün TƏHLÜKƏ: Antarktida yarıldı - GÖRÜNTÜLƏR

Cənub yarımkürəsindəki Antarktida qitəsində ən böyük buz sahəsi qlobal istiləşmənin təsiri nəticəsində çatlayıb.  2014-ci ildə təsbit edilən çatı ingilis tədqiqatçılar ilk dəfə havadan çəkiblər.

 Dünya üçün TƏHLÜKƏ: Antarktida yarıldı - GÖRÜNTÜLƏR


Bir neçə kilometr uzanan və getdikcə genişlənən çat qlobal istiləşmənin miqyasını ortaya çıxarıb. Əvvəlcə dar bir yarıq olan çat zaman keçdikcə genişlənib. Ümumi uzunluğu 80 kilometrdən çox olan çatın eni isə 90 metrə qədərdir. Alimlərin fikrincə, qlobal istiləşmənin təsiri ilə çat böyüməyə davam edəcək və yeni bir buz dağı yaranacaq.

Bu dəyişikliklər Antarktida qitəsinin görünüşünün yaxın zamanda dəyişəcəyini göstərir. Qitənin hazırkı vəziyyətini əks etdirən fotonu təqdim edirik. 

Dünya üçün TƏHLÜKƏ: Antarktida yarıldı - GÖRÜNTÜLƏR
Dünya üçün TƏHLÜKƏ: Antarktida yarıldı - GÖRÜNTÜLƏR


[email protected]