Həsən Ruhani Qazaxıstana getdi

İran prezidenti Həsən Ruhaninin rəsmi səfərləri davam edir.
Həsən Ruhani Qazaxıstana getdi
“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təkliifi ilə səfərə çıxan İran lideri artıq paytaxt Astanadadır. Bildirilir ki, Həsən Ruhanini hava limanında Qazaxıstan rəsmiləri qarşılayıb. Səfərin məqsədi Tehran-Astana münasibətlərini hərtərəfli inkişaf etdirməkdir. Məlumata görə, İran lideri Qazaxıstandan sonra Qırğızıstana gedəcək və rəsmilərlə görüşəcək.

Xatırladaq ki, Həsən Ruhani dünən Ermənistana səfər etmişdi. Onu hava limanında prezindet Serj Sarkisyan şəxsən özü qarşılamışdı.


[email protected]