Koreya o araşdırma üçün Almaniyadan kömək istəyib

Cənubi Koreya prezidentin adı hallanan korrupsiya qalmaqalının araşdırılması üçün Almaniyadan yardım almaq niyyətindədir.
Koreya o araşdırma üçün Almaniyadan kömək istəyib
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, müstəqil komissiya prezident Pak Kın Xe və yaxın rəfiqəsi Çoy Sun Sil ətrafındakı siyasi, eyni zamanda, korrupsiya qalmaqalının araşdırılmasında kömək üçün alman həmkarlarına müraciət etmək istəyir.

Bundan başqa, Cənubi Koreya prokurorluğu Çoy Su Silin 20 yaşlı qızının ekstradisiyası və pasportunun ləğv olunması proseduruna başlamaq niyyətindədir. Almaniya tərəfi Cənubi Koreyaya göndərdiyi rəsmi sorğu əsasında kömək etməyə hazır olduğunu bəyan edib. Lakin ölkə bildirib ki, 20 yaşlı Çon Yu Ranın harada olmasından xəbərsizdilər.


[email protected]