
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Madrid klubu ilə yeni müqavilə imzalaya bilər.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə argentinalı mütəxəssisin özü məlumat verib:
"Çoxu düşünür ki, mən 1 il yarımdan sonra "Atletiko"nu tərk edəcəm. Ancaq mən klubla yeni müqavilə də imzalaya bilərəm. Niyə bu, heç kimin başına girmir? Jurnalistlər şayiə dalğasını yaymağı çox sevir. Yəqin ki, bununla barışmalı və hər söz-söhbətə münasibət bildirməməliyəm".
Qeyd edək ki, D.Simeonenin "Atletiko" ilə müqaviləsi 2018-ci ildə başa çatır. Onunla İtaliya "İnter"inin maraqlandığı iddia edilir.
[email protected]