AFFA Klublar Komitəsinə seçkinin vaxtı müəyyənləşib

AFFA Klublar Komitəsinin 2016-cı ildə sonuncu iclasının vaxtı və yeri müəyyənləşib.
 AFFA Klublar Komitəsinə seçkinin vaxtı müəyyənləşib
Bu barədə "Report"a komitə sədri Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, ilin son görüşü dekabrın 23-də "Boulevard Hotel"də keçiriləcək.

F.Hüseynov bildirib ki, ilin son iclasında Klublar Komitəsinin sədri vəzifəsinə seçki keçiriləcək və beləliklə, komitəyə 2017-ci ildə rəhbərlik edəcək şəxs müəyyənləşəcək.
Tədbir saat 10:30-da başlayacaq.


[email protected]