SON XƏBƏRLƏR
“Şapekoense” klubuna Cənubi Amerika Kuboku təqdim edilib

Oyunçularının əksəriyyəti təyyarə qəzasında həyatını itirən Braziliyanın “Şapekoense” klubuna Cənubi Amerika Kuboku təqdim edilib.
 “Şapekoense” klubuna Cənubi Amerika Kuboku təqdim edilib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi mərasim Paraqvayın paytaxtı Asunsonda, Libertadores Kuboku-2017-nin püşkatması çərçivəsində baş verib.

Bundan əvvəl Cənubi Amerika Kubokun finalında braziliyalıların rəqibi olan Medelyinin “Atletiko Nasyonal” klubu CONMEBOL-a müraciət edərək “Şapekoense”-ni turnirin qalibi elan etməyi təklif etmişdi.

Xatırladaq ki, noyabrın 29-da Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində “Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla 71 nəfər ölüb, üçü futbolçu olmaqla, 6 nəfər sağ qalıb.



ictimaifikir.az@mail.ru