SON XƏBƏRLƏR
80 yaşlı qadının boğazını kəsən şəxs: "Anlaqsız olmuşam"

Xudatda 80 yaşlı qadının boğazını kəsərək qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.xom xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rafiq Şıxverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
80 yaşlı qadının boğazını kəsən şəxs: "Anlaqsız olmuşam"
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun ailəli, üç uşaq atası olduğu məlum olub. Rafiq Şıxverdiyev əvvəllər məhkumluq həyatı yaşamayıb.

Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.

Qətl hadisəsi hadisə Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib.

Hadisəni törədən R.Şıxverdiyev məhkəmədə qətli anlaqsız vəziyyətdə törətdiyini deyib. Hakim isə məhləçə baxışı zamanı araşdırılacağını bildirib.

Hadisənin təfərrüatı ilə bağlı məlum olub ki, R.Şıxverdiyev qonşusunu aralarında yaranan mübahisəyə görə öldürüb. 80 yaşlı qadın R.Şıxverdiyevə onu müalicə etdirdiyini dəfələrlə deməsi sonuncunu qəzəbləndirib. R.Baxşıyevin bu səbəbdən qonşusunu öldürdüyü bildirilir.


[email protected]